İndiyədək Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiya yaradılmayıb, çünki sərhədyanı ərazidə toqquşmaların qarşısını almaq üzrə mexanizmlər yoxdur. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bəyan edib.
“Demarkasiya və delimitasiya üzrə komissiya formalaşdırılmayıb. Komissiyanın fəaliyyətə başlaya biləcəyi ilə əlaqədar şərtlər müzakirə olunur. Biz bu istiqamətdə çalışırıq və əminik ki, sərhəd xəttində mümkün toqquşşmaların qarşısı almağa imkan yaradan, təhlükəsizlik və stabilliyin artırılması üzrə konkret mexanizmlər nə qədər ki yoxdur, bu kommisiyanın həm formalaşması, həm də fəaliyyətində çətinliklər olacaq”, - Mirzoyan bu gün Ermənistan parlamentində “hökumət saatı” çərçivəsində bildirib.
Onun sözlərinə görə, komissiyanın formalaşması ilə əlaqədar konkret müddət yoxdur, “lakin niyyət birmənalıdır – tezliklə yaratmaq və fəaliyyət şərtlərini razılaşdırmaq”. **