Ermənistan Bakıya Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması ilə bağlı yazılı təkliflər göndərib və yazılı cavab gözləyir. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Təkliflər sərhədin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına kömək edəcək vəziyyətin yaradılması, qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi, sərhəd qoşunlarının sovet dövrünə aid xəritələr nəzərə alınmaqla sərhəd boyunca yerləşdirilməsi ilə bağlıdır”, - deyə Qriqoryan bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi yazılı təkliflər göndərib. “Hələ ki, Azərbaycan tərəfindən yazılı cavab almamışıq. Biz yazılı təkliflər təqdim etmişik və yazılı cavab gözləyirik”, - deyə katib qeyd edib.*