“Xalq Bank” 2021-ci ildə aktivlərini 0,6% – 2 milyard 339,392 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2021-ci il tarixinə bankın kredit portfeli 1 milyard 406,98 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,6% - İF) bərabərdir.
Bankın öhdəlikləri 1 milyard 890,21 milyon manata (azalma 1,4%) bərabərdir.
Bankda depozit portfeli 1 milyard 543,268 milyon manat (azalma 3%) təşkil edib.
31 dekabr 2021-ci il tarixinə "Xalq Bank"ın kapitalı 449,181 milyon manata (artım 2,8%), nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 27,29 milyon manat (2020-ci illə müqayisədə artım 5,9% - İF) təşkil edib.
"Xalq Bank" fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.**
X.Nəsirzadə