Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib.
Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2021-ci il noyabrın 15-də Ər-Riyad şəhərində imzalanmış Sazişi də təsdiq edib.
Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” 2021-ci il noyabrın 18-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib.*
E.Şəfiyev