Azərbaycanda koronavirus infeksiyasına 3 361 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 643 min 509-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 192 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər (ötən gün 18 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 8 664 nəfərə çatıb.
Virusa yoluxmuş 620 min 182 nəfər (sutka ərzində + 1 132 min) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 663 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923 (ötən gün 12 544 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 107 min 416 test aparılıb.**
X.Nəsirzadə