28.01.2022 09:31

Manat avroya nisbətən bahalaşıb, rubla nisbətən ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.

Yanvarın 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8958 manat/1EUR səviyyəsində (yanvarın 27-nə 1,9077 manat/1EUR) müəyyən edilib.

AMB yanvarın 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0219 manat/1RUB səviyyəsində (yanvarın 27-nə 0,0214 manat/1RUB) müəyyən edib.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.