Prezident İlham Əliyev fevralın 10-da Elnur Əliyevin iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi və iqtisadiyyat nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Müvafiq sərəncamlar dövlət başçısının saytında dərc olunub.
Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini vəzifəsində bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilmiş Rövşən Nəcəfi əvəz edəcək.
Elnur Əliyev 2020-ci il mayın 13-də iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.*
E.Şəfiyev