Prezident İlham Əliyev fevralın 10-da Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsini təsdiq edib.
Agentliyin nizamnamə fondu 2 milyon 516,3 min manatdır.
Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarətdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinə istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını təsdiq etməyi tapşırıb.*
B.Rüstəmbəyov