Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberq ilə telefonla danışıb.
Azərbaycan prezidentinin Mətbuat Xidmətindənməlumat verilir ki, söhbət Stoltenberqin təşəbbüsü ilə baş tutub.
“Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Stoltenberq “Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına” görə Azərbaycana təşəkkürünü ifadə edib.
“Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb”, - məlumatda vurğulanır. **
E.Şəfiyev