2022-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 580,9 min barel (2021-ci ilin dekabrında - 597,1 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub. Bunun 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib”, - nazirlikdən bildirilir.
Yanvarda OPEC+ çərçivəsində Azərbaycanın gündəlik hasilat kvotası 661 min barel olub. Beləliklə, Azərbaycan yanvar ayında “OPEC+” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 113,8% yerinə yetirib.**
N.Abbasova