2021-ci ildə Azərbaycana 1 milyon 148,1 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin göstəricisindən 15,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $331 milyon 946 min (artım 11,8%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $145 milyon 672,3 min dəyərində (artım 2,7 dəfə) 303,7 min ton şəkər xammalı və şəkər (artım 1,9 dəfə), $181 milyon 375,1 min dəyərində (artım 40,1%) 130,1 min ton bitki yağı (azalma 6,8%), $61 milyon 858,2 min dəyərində (artım 10,1%) 13,965 min ton çay (azalma 0,1%), $78 milyon 856,1 min dəyərində (azalma 4,5%) 15,034 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 10,5%) idxal edilib.
Ötən il respublikaya $22 milyon 309,4 min dəyərində (azalma 39,2%) 5,721 min ton iribuynuzlu heyvan əti (azalma 41,4%), $41 milyon 318,4 min dəyərində (artım 20%) 30,924 min ton quş əti və quş əti məhsulları (artım 3,7%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $117 milyon 402 min dəyərində (artım 4,4%) 124,3 min ton meyvə (artım 1,1%), $20 milyon 549,1 min dəyərində (artım 8,7%) 39,649 min ton tərəvəz (artım 12,4%), $55 milyon 799,4 min dəyərində (artım 12,7%) 215 min ton kartof (artım 17,7%) idxal edilib.
2021-ci ildə ölkədən $179 milyon 786,5 min dəyərində (azalma 17,2%) 173,8 min ton tərəvəz (azalma 20,4%), $403 milyon 550,6 min dəyərində (artım 15,3%) 361,9 min ton meyvə (artım 20,2%), $40 milyon 77,7 min dəyərində (artım 18,6%) 92,343 min ton kartof (artım 13,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $32 milyon 93,1 min dəyərində (artım 19,3%) 59,133 min ton şəkər (azalma 2,5%), $15 milyon 860,7 min dəyərində (artım 29,6%) 11,899 min ton bitki yağı (azalma 15,3%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $15 milyon 449,5 min dəyərində (azalma 2,1%) 12,707 min ton meyvə və tərəvəz şirələri (artım 7,2%), $3 milyon 961 min dəyərində (azalma 1,9%) 263,4 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 15,9%), $9 milyon 581,2 min dəyərində (artım 9,8%) 8,512 min ton meyvə və tərəvəz konservləri (artım 18,4%), $14 milyon 319,6 min dəyərində (artım 18,5%) 5,262 min ton tütün (artım 9,8%) ixrac edib.**
B.Rüstəmbəyov