Azərbaycan prezidenti İlham Əliyev Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Əliyevin cümə günü imzaladığı sərəncam dövlət başçısının saytında dərc olunub.
Əliyev daha iki sərəncamla Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, Coşqun Cəbrayılovu isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. **
X.Nəsirzadə