Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclası aprel-may aylarında Bakıda keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hökumətlərarası Komissiyanın növbəti, 20-ci iclasının 2022-ci ilin aprel-may aylarında Bakıda keçirilməsi nəzərdə tutulub”, - deyə Kremlin Rusiya-Azərbaycan danışıqlarına dair materiallarında bildirilir.
Keçən il komissiyanın iclası Moskvada keçirilmişdi.*
A.Hüseynova