2021-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 204,7 milyon manatlıq ($20,4 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə əməliyyatların həcmi 2,8 dəfə artıb.
2021-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1,3 milyard manat ($764,7 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3 dəfə çoxdur. **
B.Rüstəmbəyov