Azərbaycanda koronavirus infeksiyasına 588 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 788,525 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 570 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər (ötən gün 19 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 488 nəfərə çatıb.
Virusa yoluxmuş 772,715 min nəfər (sutka ərzində +1 min 185) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 6 min 322 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 829 (ötən gün 6 min 847 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 585,992 min test aparılıb.**