Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin ərazisinə öz məhsullarının tədarükü hüququna malik olan üçüncü ölkələrin müəssislərinin reyestrinin genişlənməsinə təşəbbüs edib.
Xidmətdən məlumat verilir ki, Azərbaycanın bir müəssisəsi (bağırsaq xammalı) və Gürcüstanın 15 müəssisəsinin (süd və süd məhsulları) reyestrə daxil edilməsi təklif olunub.
Bu qərar şənbə günü “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin Gürcüstaın Kənd Təsərrüfatı Nazirliyinin Milli Ərzaq Agentliyinin rəisi Zurab Çekuraşvili və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticəsinə əsasən qəbul olunub.
Həmin müəssisələrdən məhsul tədarükünə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinin razılığında sonra başlanıla bilər. **