Azərbaycan XİN başçısı Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə Ukreayna məsələsinin səmərəli müzakirəsinə ümid edir. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələri Bakıda narahatlıqla izləyirlər.
“Mənə məlumdur ki, bu gün Antalya Diplomatik Forumu çərçivəsində Ukraynanın xarici işlər naziri ilə görüşünüz baş tutub. Təbii olaraq, sizdən də məlumat almaq maraqlı və faydalı olardı”, - Bayramov cümə axşamı Antalyada Lavrovla görüşün əvvəlində bildirib.
“Biz baş verən proseslər, Belarusda Andrey Yuryeviçin (Rudenko – RF XİN başçısının müavini - İF) iştirakı ilə keçirilən üç danışıqlar raundunu diqqətlə izləmişik və bu gün, bu mövzu bizi çox narahat edir. Bu nöqteyi-nəzərdən, düşünürəm ki, bizim çox məhsuldar söhbətimiz baş tutacaq”, - azərbaycanlı nazir qeyd edir.
O, həmçinin regional məsələlərin, üçtərəfli bəyanatların icrasının gedişinin müzakirəsinə ümidvar olduğunu bildirib.
Öz tərəfindən, Lavrov qeyd edib ki, həmkarı ilə ünsiyyət imkanını çox dəyərləndirir. **