ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparması ilə bağlı məlumat verib. Söhbət zamanı tərəflər Cənubi Qafqazda gedən prosesləri və Ukraynanı müzakirə ediblər.
“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim”, - deyə Blinken Twitter hesabında yazıb.*
B.Rüstəmbəyov