Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar Azərbaycan iqtisadiyyatına da müəyyən mənfi təsir göstərəcək. Dünya Bankının ekspertləri belə hesab edirlər.
Bankın Azərbaycanın iqtisadiyyatı üzrə aylıq icmalında qeyd edilir ki, bu mənfi təsir aşağıdakı aspektlərdə özünü biruzə verəcək: Rusiyada qeyri-neft məhsullarının ixracı üçün potensial bazar itkisi, RF-dən idxal problemləri, daxii inflyasiyanın sürətlənməsi və aktivlərin itirilməsi.
“2021-ci ilin yekunarı üzrə Azərbaycanın qeyri-neft ixracının 32%-i və ya bütün ixracın 4%-i Rusiyanın payına düşüb. Rusiya bazarından digər ixracatçıların getməsi Azərbaycana müəyyən fayda gətirə bilər, lakin rublun məzənnəsinin ucuzlaşması tələbin də azalmasına səbəb olacaq. İdxala gəlincə isə, Azərbaycan Rusiya və Ukraynadan buğda idxalından asılıdır və bu ərzaq təhlükəsizliyi üçün potensial riskdir. Bundan başqa, dünyada ərzaq qiymətlərini bahalaşması Azərbaycanda daxili infyasiyanın sürətlənməsinə gətirəcək”, - DB-dən bildiriblər.
O cümlədən, Ukrayna böhranı Azərbaycan sərmayələrinin Rusiya və Ukraynada azalmasına səbəb olacaq.
DB qeyd edir ki, fevral-mart aylarında enerji daşıyıcılarının qiymətlərində artım müşahidə olunub, bir barrrel Brent markalı neftin qiyməti $130 rəqəminə çatıb. “2022-ci ildə Azərbaycanın dövlət büdcəsində bir barrel neftin giyməti50ABŞ dolları səviyyəsində nəzərdə tutulur və beləliklə, enerji daşıyıcılarının artan qiymətləri Azərbaycanın fiskal və xarici balansı üçün gözlənilməyən mənfəəti təmin edəcək”, - bankın ekspertləri belə hesab edirlər. **
A.Əzizov