Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Pakistan İslam Respublikasına rəsmi səfəri başlayıb.
“Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib. Müdafiə nazirinin ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.*
N.Abbasova