Ermənistan İstintaq Komitəsi Qarabağ müharibəsi zamanı həlak olan və itkin düşən şəxslərlə bağlı məlumatı yeniləyib.
“Həlak olan hərbçilərin və mülki şəxslərin ümumi sayı 3822 nəfərdir”, - deyə komitənin məlumatında bildirilir.
Martın 21-nə 187 hərbçi və 21 dinc sakinin taleyi naməlumdur. Azərbaycan 150 hərbi əsir və mülki şəxsi Ermənistana təhvil verib.*