Azərbaycanda koronavirus infeksiyasına 50 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 791,654 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 21 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 2 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9675 nəfərə çatıb.
Virusa yoluxmuş 781,528 min nəfər (sutka ərzində +134) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 451 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2499 (ötən gün 2806 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 679,287 min test aparılıb.*