Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən heç bir effektiv addım atılmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavinin açıqlamasına dair şərhində deyilir.
“Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb. Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib”, - deyə şərhdə bildirilir.
XİN-dən qeyd ediblər ki, hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur.
Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır.
“Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir”, - deyə XİN-in açıqlamasında bildirilir.*
R.Kərimov