Rusiya Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda Azərbaycanın Qarabağ bölgəsində gərginliyin artması ilə bağlı narahatlığını bildirib.
“Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 mart 2022-ci il tarixli məlumat bülletenində yer almış atəşkəs rejiminin pozulması faktları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ziddir.
“Tərəfləri təmkinli olmağa və mövcud üçtərəfli razılaşmalara ən yüksək səviyyədə ciddi şəkildə əməl olunmasını təmin etməyə çağırırıq”, - deyə XİN-dən bildiriblər.
“Rusiya sülhməramlı kontingentinin xətti ilə hər iki tərəflə əməkdaşlıq çərçivəsində regionda vəziyyətin deeskalasiyası üçün lazımi tədbirlər görülür”, - deyə sənəddə qeyd olunur.*