30.03.2022 13:11

Səfir: Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yardım etməyə hazırıdır

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi barədə bəyan edib.

“Bu məsələ ilə əlaqədar danışıqlar üçün əlverişli şərait yaratmaq lazımdır. Öz tərəfindən Rusiya bu cür müqavilənin hazırlanmasına yardım etməyə hər zaman hazırdır”, - Boçarnikov çərşənbə günü keçirilən mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, həmçinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Erməistan sərhədinin delimitasiyası və demarkasiyası vacib məsələlərdir.

O cümlədən, Boçarnikov əlavə edib ki, Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılmasının yolu Qarabağ üzrə üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsidir. **

“Bütün bəndlərin (üçtərəfli bəyanatların – İF) tam yerinə yetirilməsi nəqliyyat kommunikasiyalarının açılması, həmçinin regionda mehriban qonşuluq münasibətləriin yaradılması üçü yoldur, bütün tərəflər bundan qazanarlar. “3+3” formatı (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İran - İF) məhz buna yönəlib”, - o bildirib. **

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.