Çərşənbə günü Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Twitter hesabında məlumat verib.
“Bu gün israilli həmkarım Konstantin Yoel Razvozovla turizm sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, bu saziş ikitərəfli turizm əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək”, - o qeyd edib.
Öz növbəsində, Razvozov Twitter-də bu sazişi “münasibətlərimizdə daha bir mühüm addım” adlandırıb. **
İnformasiya şöbəsi