Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılmasını vacib hesab edir.
“Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”, - deyə Ərdoğan bu gün jurnalistlərə bildirib.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti şərh edən Türkiyə lideri Azərbaycanın üçtərəfli bəyanata tam əməl etdiyini söyləyib.
“Azərbaycan tərəfindən heç bir pozuntu olmayıb. Burada Azərbaycan hərbçilərinə hücum olduğu üçün müdafiə reaksiyası olub”, - deyə o vurğulayıb.*
N.Abbasova