Aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.
“C.Bayramov Gürcüstanın xarici işlər nazirini təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə bu əlaqələrin daha da inkişafına dair əminlik ifadə ediblər”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.
Bundan başqa, aprelin 4-də C.Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
“C.Bayramov D.Zalkalianinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib”, - deyə məlumatda qeyd olunur.
XİN başçısı Zalkalianiyə yeni, Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsində uğurlar arzulayıb.*
N.Abbasova