Səhiyyə naziri Teymur Musayev ölkədə yerli vaksinin hazırlanması ilə bağlı işlərin görüldüyünü bildirib.
“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf Sars-Cov 2 əleyhinə vaksindən getmir”, - deyə yerli mətbuatda nazirə istinadən məlumat verilib.
Onun sözlərinə görə, yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalını təmin edə bilər.
T.Musayev qeyd edib ki, yoluxma və hospitalizasiya saylarının azalması nəzərə alınaraq Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahda qapalı məkanlarda maska qadağasının götürülməsi məsələsinə baxılır.
“Bu məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbirli olmağa çağırıram”, - deyə nazir qeyd edib.*
R.Kərimov