Aprelin 9-da Prezident İlham Əliyev “Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılır.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.*
R.Kərimov