Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə dəmir yolları tərəfindən “Middle Corridor” birgə müəssisəsi yaradılacaq.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasında iştirak edən Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dəmir yolları arasında “Middle Corridor” birgə müəssisənin yaradılması planlaşdırılır. BM-nin rəsmiləşdiriməsinin 2023-cü ilin əvvəlində və ya ortasında başa çatması gözlənilir”, - Rail-news.kz “Railway Supply” jurnalına istinadən məlumat verir.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, Assosiasiyanın baş katibi Haydar Abdikerimov “RailFreight Summit”in xüsusi buraxılışı zamanı “Middle Corridor” birgə müəssisənin yaradılması barədə xəbəri təsdiqləyib.
“Bəli, birgə müəssisə rəsmi olaraq formalaşdırılır, lakin heç olmasa, ilin sonunadək gözləmək lazımdır. Lakin, yəgin ki, şirkət 2023-cü ilin əvvəli-ortalarında qeydiyyatdan keçəcək. BM-nin yaradılmasında məqsəd - “Middle Corridor”un dəyərinin artırılmasıdır, çünki bu, “yükləmə proseslərini asanlaşdıracaq və müxtəlif ölkələrdən keçidi və üsulları daha rahat edəcək”, - Abdikerimov vurğulayıb.
31 mart 2022-ci il tarixində Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan “Transxəzər Şərq-Qərb dəhlizi haqqında” dördtərəfli Bəyannamə imzalayıb. Bəyannamədə Transxəzər Şərq-Qərb dəhlizinin əhəmiyyəti və bəyannamədə iştirak edən dövlətlərin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan addımlar vurğulanır.
Bəyannamədə nəqliyyat dəhlizlərinin inkişafı və tranzit potensialının artırılması, Şərq-Qərb Transxəzər Dəhlizinin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və tərəflər arasında əməkdaşlığın gücləndirilməsinin mühüm rolu vurğulanır.
Sənəddə, həmçinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Avropa ilə Asiya arasında rəqabətədavamlı nəqliyyatın inkişafında mühüm rolu qeyd edilib və dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması üçün tikinti işlərinin başa çatdırılmasının vacibliyinə diqqət yetirilib.
“Şərq-Qərb” və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Çindən Türkiyə və Aİ ölkələrinə, həm də geri istiqamətdə yükdaşımalarının artırılması üçün nəzərdə tutulur. Bu nəqliyyat marşrutununun idarəedilməsi və inkişafı Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu tərəfindən həyata keçirilir. Konsorsiumun iştirakçıları: Çində - Çin Dəmir Yolları, Qazaxıstanda - “KTZ Express”, Xəzərdə - Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycanda - “ADY Express”, Gürcüstanda – “Trans Qafqasus Terminals”dır. **
N.Abbasova