Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə 1 milyard 231 milyon 941 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-mart aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 991 milyon 23,4 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 30,6% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 883 milyon 79,3 min manat (artım 38,7%), aksizlər üzrə 29 milyon 190,2 min manat (azalma 18,2%), yol vergisi üzrə 12 milyon 135 min manat (artım 18,7%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 302 milyon 536,6 min manat (artım 16%) məbləğində olub.
2022-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,26 milyard manat təşkil edir. **
B.Rüstəmbəyov