Çərşənbə axşamı Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana ikigünlük rəsmi səfərə gəlib.
Xəbər verilib ki, səfər çərçivəsində Japarov Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Ölkə liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, habelə gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, Azərbaycanla Qırğızıstan arasında Strateji Tərəfdaşlıq barədə Bəyannamənin, Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun, hökumətlərarası və qurumlararası sazişlərin imzalanması nəzərdə tutulur.
Həmçinin Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə keçirilməsi planlaşdırılan görüşdə Qırğızıstan, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivləri barədə məlumat veriləcək. **
R.Əhmədov