Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı Azərbaycan və Ermənistanla əldə edilmiş razılaşmalara böyük diqqət ayırır. Bunu Rusiya hökumətinin sədri Mixail Mişustin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.
Onun sözlərinə görə, RF Ermənistanla enerji, dağ-mədən və nəqliyyat sahələrində yeni layihələrin inkişaf etdirilməsində maraqlıdır və xarici sanksiyalar şəraitində ticarətdə milli valyutalardan daha fəal istifadə olunmasını vacib hesab edir.*