25.04.2022 15:01

“Azərsu” Gəncədə su təchizatı sisteminin yenidən qurulması üçün podratçı seçir

"Azərsu" ASC Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi üçün portaçı seçir.

Bu məqsədlə “Azərsu” açıq tender elan edir.

Tenderdə iştirak haqqı 500 manatdır.

Hər iki tender üzrə şirkətlərdən tender təklifləri 10 iyun 2022-ci il saat 16:00-dək qəbul olunur.

Tender proseduru 13 iyun tarixində saat 16:00-da baş tutacaq.

Ünvan: Bakı şəhəri, Moskva prospekti, 67. Əlaqələndirici şəxs: Murad Abışev, telefon: (012) 431 47 67/87 (daxili 1087), E-mail:murad.abishev@azersu.azvə İntizam Novruzov, telefon: (012) 431 47 67 (daxili 2259), E-mail:intizam.novruzov@azersu.az).

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin bərpası layihəsinin dəyəri 800 milyon manat həcmində qiymətləndirilir, indiyədək layihənin 42%-i icra olunub. Həmçinin dövlət başçısı tərəfindən əlavə tapşırıqlar verilib ki, bu layihənin icrası sürətləndirilsin. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.