Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
“Səfər çərçivəsində İ.Darçiaşvili Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Səfər zamanı, həmçinin Bakı və Tbilisi arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.*
E.Şəfiyev