Azərbaycan hökuməti Rusiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi üçün təqdim etdikləri 17 layihəni nəzərdən keçirir. Bu barədə baş nazirin müavini Şahin Mustafayev məlumat verib.
“Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət üçün 17 layihə təqdim ediblər”, - deyə o, bu gün Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclasında çıxışı zamanı bildirib.
Ş.Mustafayev qeyd edib ki, Rusiyanın “KamAZ” şirkəti tərəfindən Cəbrayıl rayonunda servis mərkəzinin tikintisi bu ilin iyun ayında başa çatacaq.*
X.Nəsirzadə