Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinintikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 15 milyon 650 min manat ayrılır», - dövlət başçısının saytında dərc olunan sərəncamda deyilir.
Vəsait “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılır.
Əliyevin müvafiq sərəncamı bu gün dövlət başçısının saytında dərc olunub. **
E.Şəfiyev