Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistanla barışıq asan proses deyil, lakin bu prosesə alternativ yoxdur.
“Azərbaycan cəmiyyəti Ermınistanla sülh müqaviləsi prosesinə anlayışla yanaşır. Bu asan deyil, biz bunu başa düşürük, lakin bizə daha bir müharibə lazım deyil. Eyni zamanda, biz özümüzü Ermənistan tərəfindən istənilən mümkün revanşist risklərindən qorumalıyıq. Buna görə, bir tərəfdən Ordumuzu güclndirməliyik, digər tərəfdən isə Azərbayan cəmiyyətini sülhə hazırlamalıyıq”, - Əiyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Prezident Azərbaycanla Ermənistan arasında təmasları vətəndaş cəmiyyəti – QHT, jurnalistlər səviyyəsində təşkil etməyi təklif etdi. “Bu fundament olmalıdır (gələcək barışığa - İF). Bəli, bu uzunmüddətli prosesdir, lakin bizim alternativimiz yoxdur”, - Əliyev əlavə edib. **
E.Şəfiyev