30.04.2022 16:19

Bakıda Azərbaycan ilə DTT arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə Azərbaycanla DTT arasında əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə dövlət başçısının saytında dərc olunan məlumatda deyilir.

Məlumatda deyilir ki, söhbət zamanı “hazırkı postpandemiya dövründə pandemiyadan əvvəlki turizmin inkişaf səviyyəsinin bərpa edilməsi və daha da artırılması istiqamətində həyata keçirilən və görüləcək işlərdən” danışıldı.

“Bu baxımdan ölkəmizin müvafiq strukturları tərəfindən Dünya Turizm Təşkilatının tövsiyələrindən istifadə olunmasının önəmi vurğulandı”, - məlumatda vurğulanır.

Bildirilir ki, görüşdə Azərbaycan ilə DTT arasında uğurlu əməkdaşlıq qeyd edilib. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.