Azərbaycanda koronavirus infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 578-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün koronavirus infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
Ardıcıl üç gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 781 nəfər (sutka ərzində +20) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 88 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 856 (ötən gün 3 min 104 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 817 min 342 test aparılıb.**
R.Kərimov