Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev bəyan edib ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi iki dəfə - təxminən $1 milyarda qədər artıb, eyni zamanda, Bakı Belarusun regionları ilə əməkdaşlığın genişlənməsində maraqlıdır.
“Azərbaycan-Belarus münasibətləri prezidentlərimizin yüksək səviyyədə etimadı əsasında qurulur. Azərbaycan Belarusun regionları ilə əməkdaşlıqda maraqlıdır. 2020-ci ildə ticarət dövriyyəsi $425 milyon olub, 2021-ci ildə isə biz təxminən $1 milyarda çatdılq”, - Baxşəliyev Brest vilayətinin İcra Komitəsinin sədri Yuri Şuleyko ilə görüş zamanı bildirib. Bu barədə Belarusun BELTA nəşri məlumat verir.
Onun sözlərinə görə, Azərbaycan infrastruktur layihələrin reallaşdırılması məsələsində Belarusun təcrübəsini öyrənmək niyyətindədir.
O qeyd edib ki, Azərbaycanda böyük infrastruktur layihələr nəzərdə tutulur. “Belarusun təcrübəsi bizim üçün çox maraqlıdır. Buna görə Belarusun regionlarına səfəri iqtisadi blokdan başlayırıq, şirkətlərlə təmaslar qururuq”, - səfir vurğulayıb.
Öz növbəsində, Şuleyko bildirib ki, Brest vilayəti Azərbaycanla ticarətin həcmini artırır. “Bu ilin yanvar-mart aylarında Brest vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 50% artıb. Misal üçün, kənd təsərrüftaı birkilərinin yığımı və taxıl döyümü üşün maşınların və mexanizmlərin tədarükü 15 dəfə artıb. Lakin Azərbaycana əsas ixracımız - ərzaq mallarıdır, süd məhsullarına daha çox tələbat var”, - o qeyd edib. *
E.Şəfiyev