06.05.2022 17:13

Cabbarov: Yanvar-aprel aylarında DVX vergi və rüsum daxilolmalarını 55% artırıb

2022-ci ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə daxilolmalar 2021-ci ilin analoji dövrü ilə müqayisədə 55,2% - 5 milyard 35,4 milyon manatadək artıb. Bu barədə iqtisadiyyat naziri Milayıl Cabbarov məlumat verib.

“Yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artaraq 5 mlrd. 35,4 mln. manat təşkil edib və proqnoz 150,5% səviyyəsində icra olunub”, - Cabbarov öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, qeyri-neft sektorundan daxilolmalar isə 49,7% artaraq 3 mlrd. 430,2 mln. manat olub. Proqnoz 133,5% yerinə yetirilib. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.