Azərbaycanda koronavirus infeksiyasına son sutkada 12 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 630-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 11 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl on gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 709 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 862 nəfər (sutka ərzində +13) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 59 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 493 (ötən gün 2 min 841 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 834 min 816 test aparılıb.*
R.Kərimov