Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 12-də Düşənbəyə yola düşəcək.
“XİN başçısı Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün mayın 12-13-də Düşənbədə səfərdə olacaq. Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - deyə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan bildirib.*