Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma və Əbu-Dabi Əmirliyinin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Associated Press” agentliyi məlumat verib ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Zayed Al Nəhyan uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.
Hökumət ölkədə 40 gün davam edəcək matəm elan edib. Bundan əlavə, ölkədə bütün nazirliklər və özəl sektorun fəaliyyəti 3 gün müddətinə dayandırılacaq. **