Bakı və Daşkənd 2022-ci ildə Daşkənd şəhərində AzərbaycanRespublikası vəÖzbəkistanRespublikası arasında əməkdaşlıq üzrəBirgəhökumətlərarası komissiyanın11-ci iclasını və XİN səviyyəsində siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcək. Bu barədə Özbəkistan XİN-dən məlumat verilib.
Qeyd olunub ki, Özəbkistanın xarici işlər nazir v.i.e Vladimir Norov və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov cümə günü keçirilən danışıqlar zamanı tədbirlərin keçirilməsinin zəruriliyi ilə razılaşıblar. Görüş MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən növbəti iclası çərçivəsində baş tutub.
“Tərəflər cari il Daşkənddə AzərbaycanvəÖzbəkistan arasında əməkdaşlıq üzrəBirgəhökumətlərarası komissiyanın11-ci iclasının və XİN səviyyəsində siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilmısinin zəruriliyi ilə razılaşıblar”, - məlumatda qeyd olunur.
XİN-dən bildirilir ki, nazirlər siyasi, ticari-iqrtisadi, nəqliyyat-kommunikasiya və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
“Tərəflər strateji tərəfdsaşlıq münasibətlərinin müasir vəziyyətini yüksək qiymətləndiriblər, bunun əsasında iki qardaş arasında çoxəsrli tarixi əlaqələrin və Özbəkistan vəAzərbaycan liderləri arasında formalaşan etibarlı münasibətlərin durduğunu qeyd ediblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, “son zamanlar işgüzar dairələr arasında təmasların mühüm dərəcədə aktivləşməsi müşahidə olunur, Daşkəndi Bakı ilə birləşdirən b irbaşa hava əlaqəısi bərpa olunub”.
“Bununla əlaqədar, prioritet sahələr və istiqamətlərdə perspektivli layihələrin reallaşdırılması, o cümlədən, regionlar səviyyəsində fəaliyyətin təşviqi vasitəsilə qarşılıqlı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni imkanların axtarışına hər iki tərəfdən hazırlıq vurğulanıb”, - Özbəkistan XİN-dən bəyan ediblər.
Məlumata əsasən, danışıqlar zamanı mədəni-humanitar təmasların gələcəkdə dərinləşməsi məsələsinə xüsusi diqqət ayrılıb.
“Humanitar mübadilələrin aktivləşməsinə, Özbəkistan və Azərbaycan ərazisində birgə mədəniyyət tədbirlərinin müntəzəm keçirilməsinə , turizm sahəsində layihələrin reallaşdırılmasına qəti istiqamət ifadə edilib”, - məlumatda deyilir.
Özbəkistan XİN-dən əlavə ediblər ki, həmçinin görüş zamanı beynəlxalq və regional təşkilatlar, o cümlədən, Türk Dövlətləri Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin daha vacib aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. **
R.Kərimov