15.05.2022 11:46

Azərbaycan hərbi qulluqçuları Türkiyədə keçiriləcək “Anatolian Phoenix-2022” təliminə gediblər

Azərbaycan hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak məqsədilə Konya şəhərinə gediblər. Bu barədə bazar günü Azərbaycan Müdafiə Nazilriyi məlumat verib.

“Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər”, - nazirliyin saytında qeyd olunur.
Nazirlikdən əlavə olunub ki, mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.