2022-ci ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 5 milyard 686 milyon 818,66 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $3 milyard 463 milyon 858,64 min məbləğində gəlir (artım 4 dəfə) əldə edilib. Azərbaycandan ümumi ixracın 43,4%-i qaz ixracının payına düşüb.
2022-ci ilin I rübündə ixracın əsas həcmi - $639 milyon 440,02 min məbləğində 2 milyard 193 milyon 243,38 min kubmetr qaz (bütün ixracın 38,6%-i) Türkiyənin payına düşüb.
Yanvar ayında ölkələr üzrə qaz ixracının strukturu aşağıdakı kimidir:
Ölkə |
Həcm, min kubmetr |
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə |
Gəlir, min dollar |
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə |
Türkiyə |
2 193 243,38 |
-46,7% |
639 440,02 |
+16,5% |
Gürcüstan |
1 143 338,91 |
-23,5% |
154 312,43 |
-24,3% |
İtaliya |
2040 481,59 |
+ 4,7 dəfə |
2 368 344,28 |
+26,3 dəfə |
Bolqarıstan |
76 774,02 |
+28,6% |
19 711,57 |
+ 2,45 dəfə |
Yunanıstan |
232 980,75 |
+ 4 dəfə |
282 050,35 |
+17,4 dəfə |
Cəmi |
5 686 818,66 |
-7,8% |
3 463 858,64 |
+4 dəfə |
Energetika Nazirliyi 2022-ci ildə 10 milyard kubmetrdən çox Azərbaycan qazının ixrac olunacağını proqnozlaşdırır.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.*
N.Abbasova