Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin əksəriyyətinin ölkədə əməliyyat fəaliyyətinin genişləndirilməsi ilə bağlı planları var.
“İnterfaks-Azərbaycan” agentliyi Aİ tərəfindən keçirilən 2021-ci il ərzində Azərbaycanda biznes mühitin qiymətləndiriməsi ilə bağlı sorğunun nəticələrinə istinadən məlumat verir ki, Aİ ölkələrindən olan şirkətlərin 53%-nin “bu ölkədə binzesin inkişafı üzrə planları var”.
Sorğu 20 Aİ-yə üzv ölkə, 2 AATA-ya üzv ölkə, həmçinin Böyük Britaniya daxil olmaqla, 24 ölkənin şirkətləri arasında aparılıb.
Sorğuya əsasən, repsondentlərin 58%-i Azərbaycanda MMC formasında fəaliyyət göstərir, 31%-nin isə ölkədə nümayəndəlikləri var. Respondent şirkətlərin 77%-i Azərbaycanda 5 ildən artıq müddətdir fəaliyyət göstərir.
Sorğunun nəticələrinə görə, respondentlərin 54%-i Qarabağ və Şərqi Zəngəzurda layihələrdə iştiraka maraq ifadə edir, 14%-i artıq bu istiqamətdə fəal fəaliyyətə başlayıb. **
E.Şəfiyev